"Neftçi"də şübhəli transfer oyunu: 5 min maaşa "yox" deyilən futbolçuya Bakı komandası aylıq 15 min dollar maaş verir - Klubda kim kimi aldadır?

18-08-2023, 17:43           
"Neftçi"də şübhəli transfer oyunu: 5 min maaşa "yox" deyilən futbolçuya Bakı komandası aylıq 15 min dollar maaş verir - Klubda kim kimi aldadır?
“Neftçi”nin yay transferlərindən biri olan Mark Tamaş daha əvvəl başqa bir Azərbaycan klubuna təklif olunub.

Teref.az Aut.az-a istinadla xəbər verir ki, macarıstanlı müdafiəçinin menecerləri onun “ağ-qaralar”dan əvvəl “Sumqayıt”a transfer olunması üçün çalışıblar. Futbolçunu aylıq 5 min dollar məvaciblə “kimyaçılar”a təklif ediblər.

Ancaq bu transfer baş tutmayıb. Çünki komandanın baş məşqçisi Samir Abasov “bu qiymətə daha yaxşı seçimlərim var”, – deyərək Tamaşın xidmətindən imtina edib.

Nə qədər qəribə olsa da, bir müddət sonra o, başqa bir kluba – “Neftçi”yə təklif olunub. Bu, Adrian Mutunun “ağ-qaralar”a gəlişindən sonra reallaşıb. Rumın mütəxəssis Markı ölkəsindəki “Sepsi” klubundakı çıxışlarından tanıdığından, bu keçidə müsbət cavab verib.

Nəticədə onunla 2 illik müqavilə imzalanıb. Amma Tamaşın “Neftçi”də aylıq maaşı 5 min dollar deyil daha çoxdur. O, “ağ-qaralar”la 3dəfə çox, 15 min dollar məvacibə anlaşıb.

Maraqlıdır ki, 5 min dollara “Sumqayıt”ı razı sala bilməyən menecerləri onu “Neftçi”yə daha yüksək məbləğə necə transfer edə biliblər?

Aydındır ki, klubun bu "alış-veriş" işlərinə klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf işlərinin çşoxluğu ilə nəzaərət edə bilmir. Elə isə bu cür vəsait dağıdıcı "transfer"ləri kim və ya kimlər həyata keçirir? Yaxud hansı maraqlı?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru