“Neftçi” qış təlim-məşq toplanışına start verib 4-01-2024, 20:39 “Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib.“Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər.Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir.Komandanın daha 3 üzvü Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində kollektivə qoşulacaqlar. Facebook-da paylaş