“Neftçi” Türkiyədən basketbolçu transfer edib

4-01-2024, 20:40           
“Neftçi” Türkiyədən basketbolçu transfer edib
“Neftçi” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” türkəsilli Ulaş Can Turqutu transfer edib.

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan oyunçunun son klubu Türkiyə təmsilçisi “Darüşşafaka Lassa” olub. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi” ölkə çempionatında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru