Arda Güler sabah “Real”da debüt edə bilər

6-01-2024, 00:05           
Arda Güler sabah “Real”da debüt edə bilər
"Real"ın futbolçusu Arda Güler sabah Madrid təmsilçisində debüt edə bilər.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib. O deyib ki, Türkiyə millisinin üzvü İspaniya kubokunda "Arandina"ya qarşı matçda start heyətdə oynaya bilər.

Qeyd edək ki, sabah keçiriləcək "Arandina" - "Real" görüşü yerli vaxtla 21:30-da (Bakı vaxtı ilə saat 00:30) başlayacaq.

Xatırladaq ki, ötən ilin yayında Madrid təmsilçisinə transfer olunan Arda zədə səbəbindən hələ də klubunda debüt edə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru