“Çelsi” İngiltərə Kubokunda darmadağınla qalib gəldi - VİDEO
7-01-2024, 11:13
“Çelsi” İngiltərə Kubokunun III raundunun matçında evdə “Preston”u 4:0 hesabı ilə darmadağın edib.
Oyunda bütün qollar ikinci hissədə vurulub. Hesabı 58-ci dəqiqədə Armando Broya açıb. Tiaqu Silva 66-cı dəqiqədə “zadəganlar”ın üstünlüyünü iki topa çatdırıb. Daha iki qolu isə Rahim Sterlinq (69-cu dəqiqə) və Enso Fernandes (85-ci dəqiqə) vurublar.