Alman hücumçu yenidən İngiltərə çempionatında oynayacaq - FOTO

7-01-2024, 11:34           
Alman hücumçu yenidən İngiltərə çempionatında oynayacaq - FOTO
Almaniya yığmasının hücumçusu Timo Verner yenidən İngiltərə çempionatında oynayacaq.

Bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, forvard “Tottenhem”in şərəfini qoruyacaq. Onun hazırki klubu “Leypsiq” T.Vernerin icarə əsasında London təmsilçisində oynamasına razı olub. T.Verner mövsümün sonuna qədər “Tottenhem”in heyətində oynayacaq.

Bildirilib ki, hücumçu 24 saat ərzində tibbi müayinədən keçəcək.
Xatırladaq ki, T.Verner 2020-2022-ci illərdə “Çelsi”nin heyətində oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru