Fransa Kuboku: PSJ doqquz cavabsız qol vurdu, Mbappe tarixə düşdü
8-01-2024, 15:54
Fransa Kubokunun 1/32 final mərhələsində ölkənin 6-cı divizionunda çıxış edən “Revel” PSJ ilə qarşılaşıb.
Paytaxt komandası 9:0 hesabı ilə qələbə qazanıb.
Klubun ulduzu Kilian Mbappe het-trikə, Kolo Muani dubla imza atıb. Bu görüşdəki üç qolu sayəsində 25 yaşlı Mbappe PSJ-nin Fransa kuboku tarixindəki bombardiri olub.