“Qalatasaray”dan xal itkisi

12-01-2024, 08:04           
“Qalatasaray”dan xal itkisi
Futbol üzrə Türkiyə Superliqasında XVI turdan təxirə salınmış növbəti oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Sivasspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı 45+1-ci dəqiqədə Kərəm Dəmirbay açıb. Meydan sahiblərinin heyətində isə 86-cı dəqiqədə Fode Koita fərqlənib.

Bu nəticədən sonra xallarını 48-ə çatdıran “Qalatasaray” ikinci pillədə qalıb. Turnir cədvəlinə isə 50 xalla “Fənərbağça” rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru