İtaliya Kuboku: “Yuventus” yarımfinala darmadağınla çıxdı - VİDEO

12-01-2024, 12:17           
İtaliya Kuboku: “Yuventus” yarımfinala darmadağınla çıxdı - VİDEO
İtaliya Kubokunun 1/4 finalında “Yuventus” və “Frozinone” qarşılaşıb.

Turin şəhərindəki “Alyans-Yuventus” stadionunda keçirilən matçda ev sahibləri qonaqları darmadağın ediblər - 4:0.

Oyunda Milik het-trik edib (11 pen., 38,48), Yıldız fərqlənib.

Bu nəticə “qoca sinyora”nı turnirin yarımfinalına çıxarıb.
Xatırladaq ki, İtaliya Kubokunun öncəki 1/8 final mərhələsində “Yuventus” “Salernitana”nı 6:1 hesabı ilə məğlub edib.

Yarımfinalda “Yuve” “Latsio” ilə qarşılaşacaq. Hər iki oyun apreldə baş tutacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru