Futbol üzrə Afrika Millətlər Kuboku başlayır

14-01-2024, 11:54           
Futbol üzrə Afrika Millətlər Kuboku başlayır
Yanvarın 14-də futbol üzrə Afrika Millətlər Kubokuna start veriləcək.

1984-cü ildən sonra ikinci dəfə Kot-d'İvuarın qəbul etdiyi turnirin açılış matçı ev sahibləri ilə Qvineya-Bisau yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sayca 34-cü dəfə təşkil olunacaq Afrika Millətlər Kubokunda 24 komanda 6 qrupda mübarizə aparacaq. Oyunlar 5 şəhər və 6 stadionda keçiriləcək.

Qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yaxşı üçüncü olan dörd yığma da 1/8 finala yüksəlmək hüququ əldə edəcək.

Turnirin maskotu Kot-d'İvuarda "Xoş gəldin" mənasını verən "Akvaba" adlı fildir.

Afrika Millətlər Kubokunu ən çox qazanan yığma Misir komandasıdır. Kollektiv 7 dəfə (1957, 1959, 1986, 1998, 2006, 2008, 2010) çempionluq sevinci yaşayıb. Misir həm də turnirdə ən çox – 26 dəfə iştirak edən yığmadır. Ev sahibi Kot-d'İvuar 24 dəfə, Qana isə 22 dəfə turnirdə mübarizə aparıb.

Qeyd edək ki, fevralın 11-dək davam edəcək Afrika Millətlər Kubokunun mükafat fondu 7 milyon ABŞ dollarıdır. \\Referans.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru