Qvardiola ilin ən yaxşı məşqçisi seçildi

16-01-2024, 09:59           
Qvardiola ilin ən yaxşı məşqçisi seçildi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2023-cü ilin ən yaxşı məşqçisi mükafatının qalibini elan edib.

Bu, “Mançester Siti”nin ispaniyalı baş məşqçisi Pep Qvardioladır.

Qeyd edək ki, 52 yaşlı mütəxəssis ötən mövsüm “şəhərlilər”ə eyni vaxtda üç turnirdə - Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə Kubokunda qələbə qazandırıb.

Qvardiolanın mükafatı qazanmaq üçün rəqibləri italyan məşqçilər Simone İnzaqi və Luçano Spaletti olub.
Xatırladaq ki, ötən il Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasını 2022-ci il dünya çempionatında qələbəyə apararaq ən yaxşı məşqçi seçilib.

Mənbə: championat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru