2,3 milyon avro qiyməti olan hücumçu “Neftçi”yə keçə bilər

16-01-2024, 09:27           
2,3 milyon avro qiyməti olan hücumçu “Neftçi”yə keçə bilər
Rumıniyanın FCSB klubunun hücumçusu Andrea Kompanyo karyerasını Azərbaycanda davam etdirə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Belə ki, italiyalı forvardın xidmətində "Neftçi" maraqlıdır. Buxarest təmsilçisinin prezidenti Cici Bekali Kompanyo üçün 400 min avroluq təklif aldığını və futbolçunu satmağa hazır olduğunu bildirib. Yerli media təklif göndərən klubun "Neftçi" olduğunu iddia edir.

FCSB Andrea Kompanyonu 2022-ci ilin yayında "Universitatya Krayova" klubundan transfer edib. 27 yaşlı hücumçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 4 qol vurub. Onun müqaviləsi mövsümün sonunda başa çatır. "Transferkarkt" saytında Kompanyonun dəyəri 2,3 milyon avro olaraq qiymətləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru