“Neftçi” kolumbiyalı hücumçunu razı saldı, gəlir! - SON DƏQİQƏ

17-01-2024, 08:03           
“Neftçi” kolumbiyalı hücumçunu razı saldı, gəlir! - SON DƏQİQƏ
"Neftçi” bu qış ikinci transfer çalışmasını sona çatdırıb.

Öncə Plovdiv “Lokomotiv”indən syerra-leoneli vinger Alfa Konte ilə anlaşan “ağ-qaralar” yenə axtardığını Bolqarıstan bazarında tapıb.

Paytaxt təmsilçisi Brayan Morenonu ölkəmizə gəlməyə razı salıb.

24 yaşlı kolumbiyalı forvardın son klubu MOİK (Sofiya) olub. 185 sm boya sahib mərkəz hücumçusu "Neftçi"yə azad agent statusu ilə keçib.

Moreno 2023/2024 mövsümünün ilk yarısında 3 dəfə meydanda olsa da, bundan əvvəlki çempionatda 936 dəqiqə forma şansı qazanıb və bu müddətdə 9 qola imza atıb.

Cənubi amerikalı legioner qarşıdakı 2-3 gün ərzində özünü Bakıya yetirəcək.\\Sportinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru