VAR dayandırılır? - FİFA oğurluq edib

17-01-2024, 15:58           
VAR dayandırılır? - FİFA oğurluq edib
VAR qanuni tədbirlərə görə bütün dünyada dayandırıla bilər.

Publika.az xəbər verir ki, Fransisko Lopez İspaniya Kral Futbol Federasiyası (RFEF) ilə FİFA-nı məhkəməyə verib. O, özünü VAR texnologiyasının müəllifi hesab edir və futbol rəhbərliyini onun ideyasından istifadə etməkdə ittiham edir. Lopez 7 il layihənin RFEF və FİFA tərəfindən tanınması üçün çalışsa da, buna nail ola bilməyib və məhkəməyə müraciət edib.

"VAR "21-ci Əsrin Futbolu" adlı bir layihə idi. Hər şey qeydiyyata alınıb. Dəyişdikləri tək şey adıdır. Sistem mənim layihəm əsasında yaradılıb. 1999-cu ildə mən bu ideyanı Əqli Mülkiyyətin Baş Reyestrində patentləşdirdim və VAR isə 2006-cı ildə qeydə alınıb” - deyə Lopez bildirib.

Uzun müddətdir ki, Fransisko Lopez özünün sistemin müəllifi kimi tanınmasına nail olmağa çalışır. Onun əqli mülkiyyət reyestrində qeydiyyata alınmasını təsdiq edən sənədləri var. Fransisko iddia edir ki, o, dəfələrlə FİFA-ya öz texnologiyasını təklif edib:

"Mən onlara ilk məktubumu 1997-ci ildə göndərmişəm. Sonra 2007-ci ilə qədər bunu hər il etdim. Mən Vilların FİFA-dakı sağ əli və FİFA-nın baş hakimlərindən biri olan keçmiş hakim Xose Mariya Qarsiya Aranda ilə daim əlaqə saxlayırdım".

Məhkəmə yaxın vaxtlarda VAR-ın qabaqlayıcı tədbir kimi tətbiqinin dayandırılıb-dayandırılmayacağı barədə qərar verəcək. Bundan başqa, Fransisko Lopez RFEF və FİFA-dan 300 milyon avro tələb edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.