Dünyanın keçmiş birinci tennisçisi dələduzluqda ittiham edilib

18-01-2024, 17:54           
Dünyanın keçmiş birinci tennisçisi dələduzluqda ittiham edilib
İspaniyada dünyanın keçmiş bir nömrəli tennisçisi, ispaniyalı Aranta Sançes Vikario fırıldaqçılıq ittihamı ilə şərti iki il həbs cəzası alıb.

Bu barədə Barselona məhkəməsinə istinadən məlumat yayılıb.

Sançes Vikario keçmiş əri Xosep Santakana və daha üç nəfər Lüksemburq bankına 7,6 milyon avro (təxminən 14 milyon manat) borcunu ödəməmək üçün aktivlərini gizlətdiklərinə görə cəzalandırılıblar.

Tennisçi özünü təqsirli bilməyib və keçmiş ərinin onun pullarəını idarə etdiyini, qanunsuz hərəkətlərdən xəbərinin olmadığını deyib. Santakana üç il üç ay müddətinə azadlıqdan məhrum edilib. Cütlük banka 6,6 milyon avro (təxminən 12 milyon manat) məbləğində təzminat ödəməlidir.
Qeyd edək ki, Sançes Vikario “Rolan Qarros”un üçqat qalibi və “Australian Open” çempionatının qalibidir.

Mənbə: Reuters












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru