Prezidentliyə namizəd oldu: Onun 42 illik hakimiyyətinə son qoyacaq?

18-01-2024, 18:28           
Prezidentliyə namizəd oldu: Onun 42 illik hakimiyyətinə son qoyacaq?
Tanınmış məşqçi Andre Villaş-Boaş "Portu"nun prezidenti postuna namizədliyini rəsmən irəli sürüb,

Publika.az xəbər verir ki, bu barədə "Diario de Noticias" məlumat yayıb.

Apreldə keçiriləcək seçkilərdə Villaş-Boaşdan başqa biznesmen Nuno Lobo da iştirak edəcək.

46 yaşlı Villaş-Boaş 2010/11 mövsümündə "Portu"ya rəhbərlik edib. O, "əjdahalar"la Portuqaliya çempionatı və Avropa Liqası da daxil olmaqla 4 yarışın qalibi olub. Portuqaliyalı daha sonra "Çelsi", "Tottenhem", "Zenit", "Şanxay SİPG" və "Marsel"i çalışdırıb.

"Portu"nun hazırkı prezidenti Pinto da Kosta ardıcıl 16-cı müddətə namizəd olub-olmayacağını hələ açıqlamayıb. 86 yaşlı Da Kosta 1982-ci ildən kluba rəhbərlik edir və ən çox titul qazanan prezidentdir - 68 kubok.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru