Futbol sahəsində ən çox nifrət edilən şəxslərin adları açıqlanıb

19-01-2024, 15:18           
Futbol sahəsində ən çox nifrət edilən şəxslərin adları açıqlanıb
“FourFourTwo” nəşri futbol sahəsində ən çox nifrət edilən şəxslərin adlarını dərc edib.

“Report” xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermənin nəticəsində 32 nəfərlik siyahı hazırlanıb.

Azarkeşlərin ən çox nifrət etdikləri futbolçu İngiltərənin “Mançester Siti” klubunun sabiq üzvü Co Bartondur. FIFA-nın keçmiş prezidenti Jozef Blatter ikinci, 1979–1986-cı illərdə Almaniya millisinin qapısını qorumuş Harald Şumaxer üçüncü pillədədir.

Siyahıda Mişel Platini (4-cü) Kriştianu Ronaldu (7), Luis Suares (8), Joze Mourinyo (10), Dieqo Maradona (14), Aleks Ferqyuson (27) və Serxio Ramos (31) kimi məşhur simalar da var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru