Ronaldu eyni anda üç mükafatın sahibi oldu - FOTO/VİDEO

20-01-2024, 12:34           
Ronaldu eyni anda üç mükafatın sahibi oldu - FOTO/VİDEO
“Ən-Nəsr” klubunun portuqaliyalı oyunçusu Kriştianu Ronaldu “Globe Soccer Awards” mükafatlarının təqdimetmə mərasimində üç mükafata sahib olub.

Fevralın əvvəlində 39 yaşı tamam olacaq ulduz futbolçu “Yaxın Şərqdə ilin ən yaxşı oyunçusu” və “Azarkeşlərin versiyasına görə ilin ən yaxşı oyunçusu” seçilib.

Bundan əlavə, Kristianu Ronaldu 2023 təqvim ilinin ən yaxşı bombardiri kimi “Dieqo Maradona” mükafatını qazanıb.

Portuqaliyalı 54 qol vurub. Ötən ilin əvvəlindən Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edir və klubla hazırkı müqavilənin müddəti 2025-ci ilin ortalarına qədərdir.



Mənbə: Euro-football.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru