PSJ dörd qolla Fransa Kubokunun 1/8 finalına yüksəldi - VİDEO

21-01-2024, 12:08           
PSJ dörd qolla Fransa Kubokunun 1/8 finalına yüksəldi - VİDEO
Fransa Kubokunun 1/16 final mərhələsində üçüncü divizionu təmsil edən “Orlean” PSJ ilə qarşılaşıb.

İlk hissənin 16-cı dəqiqəsində Kilian Mbappe matçda hesabı açaraq PSJ-ni önə çıxarıb. 63-cü dəqiqədə Mbappe penaltini dəqiq yerinə yetirərək dubla imza atıb. 73-cü dəqiqədə Qonsalo Ramos hesabı daha da artırıb. 86-cı dəqiqədə Nikolas Sen-Ruf vurulan qollardan birinin əvəzini çıxıb. 88-ci dəqiqədə isə Mbappenin ötürməsindən PSJ-nin dördüncü qolunu vuran Senni Maylu matçın yekun hesabını müəyyən edib - 1:4.

Beləliklə, PSJ Fransa kubokunun 1/8 finalına yüksəlib, “Orlean” isə cari yarışda iştirakını dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru