İtaliya A Seriyası: “Milan” geridönüş edərək “Udineze”dən qələbəni qopardı - VİDEO

21-01-2024, 12:34           
İtaliya A Seriyası: “Milan” geridönüş edərək “Udineze”dən qələbəni qopardı - VİDEO
İtaliya A Seriyasında 21-ci turun “Udineze” - “Milan” matçı dramatikliyilə yadda qalıb.

32-ci dəqiqədə Ruben Loftus-Çik qarşılaşmada hesabı açaraq “Milan”ı önə çıxarıb. Bundan dərhal sonra matçın baş hakimi Fabio Mareska oyunu dayandırıb və bir neçə dəqiqəlik fasilə yaranıb. Buna azarkeşlərin “Milan”ın qapıçısı Mayk Minyana qarşı irqçi şüarlar səsləndirməsi səbəb olub.

42-ci dəqiqədə Lazar Samardziç hesabı bərabərləşdirib. 62-ci dəqiqədə Florian Tovin “Udineze”ni hesabda önə keçirib. 83-cü dəqiqədə Luka Yoviç hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə isə Noa Okafor “Milan”ı irəli çıxararaq komandasının 2:3 hesablı qələbəsini rəsmiləşdirib.
Bu matçın nəticəsindən sonra “Milan” 45 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qalıb. “Udineze” isə 18 xalla 17-ci yerə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru