“Fənərbağça” doğma meydanda xal itirdi - VİDEO

22-01-2024, 09:08           
“Fənərbağça” doğma meydanda xal itirdi - VİDEO
Futbol üzrə Türkiyə Superliqasında XXI turun oyunları davam edir.

Lider “Fənərbağça” doğma meydanda “Samsunspor”u qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib.

Hesabı 12-ci dəqiqədə meydan sahiblərinin heyətində İrfan Can Kahveci açıb. Qonaqlar 63-cü dəqiqədə Emre Kılıncın qolu ilə tarazlığı bərpa ediblər.

Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" evdə "Qaziantep"lə 2:2, "Konyaspor" isə "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb.

Turun mərkəzi matçında bu gün "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olacaq. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru