Avropada 2023-cü ilin rəmzi komandası açıqlanıb

22-01-2024, 15:28           
Avropada 2023-cü ilin rəmzi komandası açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb.

IFFHS-nin rəsmi saytı xəbər verir ki, “11-lik” 3-4-3 sxeminə uyğun tərtib edilib.

Ən çox futbolçu ilə İngiltərə təmsil olunub. Bu ölkənin 3 oyunçusu rəmzi komandaya düşüb.

Qapıçı: Tibo Kurtua (Belçika);

Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə), Ruben Diaş (Portuqaliya), David Alaba (Avstriya);

Yarımmüdafiəçilər: Rodri (İspaniya), Kevin De Bruyne (Belçika), Cud Bellinqem (İngiltərə), Bernardo Silva (Portuqaliya);

Hücumçular: Harri Keyn (İngiltərə), Erlinq Holann (Norveç), Kilian Mbappe (Fransa).













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru