Üç dəfə olimpiadada iştirak etmiş idmançı dopinqə görə cəzalandırılıb

22-01-2024, 18:38           
Üç dəfə olimpiadada iştirak etmiş idmançı dopinqə görə cəzalandırılıb
Üç dəfə olimpiadada iştirak etmiş rusiyalı bobsleyçi Anastasiya Tambovtseva dopinq qəbul etdiyi üçün cəzalandırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Bobsley və Skeleton Federasiyası (IBSF) antidopinq qaydalarını pozan 41 yaşlı idmançını iki illik diskvalifikasiya edib.

O, 2025-ci il oktyabrın 2-dək yarışlara qatıla bilməyəcək. Tambovtsevanın qanında qadağan olunmuş maddə aşkarlanıb. Bobsleyçi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etsə də, rədd cavabı alıb.

Qeyd edək ki, Anastasiya Tambovtseva 2002, 2006 və 2010-cu illərdə Rusiya millisinin heyətində Qış Olimpiya Oyunlarında iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru