“Fənərbağça” klubunun aparıcı futbolçusu bir aydan çox oynamayacaq

22-01-2024, 18:48           
“Fənərbağça” klubunun aparıcı futbolçusu bir aydan çox oynamayacaq
Türkiyənin “Fənərbağça” klubunun aparıcı futbolçusu Fred bir aydan çox komandasına kömək edə bilməyəcək.

“Report”un “TRTspor”a istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi Superliqanın XXI turunda “Samsunspor”la (1:1) oyunun 87-ci dəqiqəsində zədələnərək əvəzlənib.

Bu gün tibbi müayinədən keçən 30 yaşlı orta sahə oyunçusunda sağ ayağın bud nahiyəsinin ön hissəsində vətərin qopması aşkarlanıb. Həkimlər onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Qeyd edək ki, Fred cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 6 məhsuldar ötürmə verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru