“Atletiko” “Qranada”nı tək qolla məğlub etdi - VİDEO

23-01-2024, 12:34           
“Atletiko” “Qranada”nı tək qolla məğlub etdi - VİDEO
İspaniya La Liqasının 21-ci turunda çempionatın iddialı kollektivlərindən olan Madrid “Atletiko”su səfərdə autsayder “Qranada”nın qonağı olub.

Oyunda hesab yalnız ikinci hissədə açılıb. 54-cü dəqiqədə Morata Qrizmanın ötürməsini qola çevirib və komandasına üç xalı təmin edib.

Bu nəticədən sonra “Atletiko” xallarını 41-ə çatdıraraq turnir cədvəlində 4-cü yerə yüksəlib. Simeonenin yetirmələrinin ehtiyatda bir oyunu da var. “Qranada” isə 21 oyundan cəmi 11 xal toplayaraq 19-cu sıradadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru