Salahla bağlı bəd xəbər: Agenti açıqladı

23-01-2024, 12:18           
Salahla bağlı bəd xəbər: Agenti açıqladı
"Liverpul"un hücumçusu Məhəmməd Salahın agenti Remi Abbas onun haqqında açıqlama verib.

O, müştərisinin Afrika Millətlər Kubokunda çıxış edən Misir millisinin düşərgəsində aldığı zədənin gözləniləndən gec sağalacağını bildirib:

“Məhəmmədin zədəsi ilkin düşündüyündən daha ciddi oldu. O, 2 oyunu yox, 21-28 gün buraxacaq. Onun Afrika Millət Kubokunda iştirak etmək üçün bir şansı var. İngiltərədə intensiv reabilitasiya keçmək və yenidən hazır olan kimi milliyə qayıtmaq”.

Qeyd edək ki, 31 yaşlı misirli qrup mərhələsinin Qana ilə oyununda (2:2) zədələnib. Salah ilk hissənin sonlarında əvəzlənmək məcburiyyətində qalıb. Müayinə zamanı sol ayağının arxa nahiyəsində əzələ zədəsi aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru