Ötən gün Azərbaycan Premyer Liqasının 19-cu turunda keçirilən “Kəpəz” – “Zirə” qarşılaşması qalmaqallı anlarla yadda qalıb.
Gəncəlilərin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hakim qərarları daha müzakirə mövzusuna çevrilib.
Belə ki, oyunun referisi Əli Əliyev iki eyni epizodda fərqli qərar verməsi ilə diqqət çəkib.
Baş hakim matçın 9-cu dəqiqəsində “Turan Tovuz”un futbolçusu Faiq Hacıyevi gəncəlilərin forvardı Amil Yunanova qarşı kobud oynadığına görə cəzalandırır və ona qırmızı vərəqə göstərir.
Daha sonra bənzər epizod 50-ci dəqiqədə yaşanır. Nominal meydan sahiblərinin futbolçusu Vüsal Məsimov tovuzluların oyunçusu İsmayıl Zülfüqarlıya qarşı kobudluq edir. Əli Əliyev isə burada fərqli qərar verərək Məsimova sarı vərəqə göstərir.