İngiltərə Liqa Kuboku: “Liverpul” finalda “Çelsi”yə rəqib oldu - VİDEO

25-01-2024, 13:08           
İngiltərə Liqa Kuboku: “Liverpul” finalda “Çelsi”yə rəqib oldu - VİDEO
Londonda İngiltərə Liqa Kubokunun yarımfinal cavab oyunu baş tutub.

“Fulhem” və “Liverpul” arasındakı ikinci matçda qalib müəyyənləşməyib - 1:1. Lakin ilk qarşılaşmada “mersisaydlılar”ın 2:1 hesablı qələbəsi iki oyunun nəticəsinə görə (3:2) məhz Yurgen Kloppun yetirmələrini finala çıxarıb.

Xatırladaq ki, İngiltərə Liqa Kubokunun digər yarımfinal oyununda “Çelsi” “Midlsbro”nu 6:1 hesabı ilə məğlub edib və iki oyunun nəticəsinə (6:2) görə qalib gəlib.
Turnirin finalında “zadəganlar” “Liverpul”la qarşılaşacaq. Oyun fevralın 25-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru