İspaniya kuboku: “Barselona” turnirlə vidalaşdı - VİDEO

25-01-2024, 15:04           
İspaniya kuboku:
İspaniya Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Atletik” evində “Barselona”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, qarşılaşma “San-Mames” stadionunda keçirilib.

Matçda meydan sahibləri 4:2 hesabı ilə qalib gəliblər. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac yaranıb. “Atletik”in heyətində Qorka Quruseta və Oyan Sanse fərqləniblər. “Barsa”dan isə Robert Levandovski və Lamin Yamal rəqib qapısına yol tapıblar.

106-cı dəqiqədə İnyaki Uilyams “Atletik”i hesabda önə çıxarıb. Görüşdə yekun nöqtəni 120-ci dəqiqədə N.Uilyams qoyub.
Beləliklə “Atletik” kubokun yarımfinalına vəsiqə qazanıb. “Barselona” isə turnirlə vidalaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru