“Arsenal”ın futbolçusu İstanbul nəhənginə keçməyə yaxındır

26-01-2024, 07:34           
“Arsenal”ın futbolçusu İstanbul nəhənginə keçməyə yaxındır
“Arsenal” ın futbolçusu Emil Smit Rou karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.az xəbər verir ki, informasiyanı “Takvim” yayıb.

Xəbərə görə, ingiltərəli yarımmüdafiəçi “Qalatasaray”ın diqqət mərkəzindədir.

“Transfermarkt” portalı 23 yaşlı futbolçunun transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm “Arsenal” forması ilə 13 rəsmi matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru