"Mançester Yunayted"in bu qış transfer pəncərəsində yeni hücumçu ala bilməyəcək.

27-01-2024, 09:14           
"Mançester Yunayted"in bu qış transfer pəncərəsində yeni hücumçu ala bilməyəcək.
QOL.az "Manchester Evening News"a istinadən xəbər verir ki, bu barədə baş məşqçisi Erik Ten Haq məlumat verib: “Mən variantları nəzərdən keçirmişəm, lakin bizim maliyyə feyr-pley qaydalarına riayət etmək imkanımız yoxdur. Hücumçu çatışmazlığı ilə bağlı heç nə edə bilmirik. Əlbəttə ki, hücumçu kimi oynaya bilən Reşfordumuz var. Düşünürəm ki, bizim bir neçə başqa yaradıcı alternativimiz də var”.

21 turdan sonra "Mançester Yunayted" 32 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru