Zidan millidə işləmək təklifini müsbət cavablandırmadı

27-01-2024, 11:04           
Zidan millidə işləmək təklifini müsbət cavablandırmadı
Zinəddin Zidan Əlcəzair Futbol Federasiyasının (FAF) ölkənin millisini çalışdırmaq təklifini rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, fransalı mütəxəssis qurumun ona göstərdiyi maraqdan məmnun olsa da, sonda təklifdən imtina etmək qərarına gəlib.

Xatırladaq ki, yanvarın 24-də Əlcəzair Futbol Federasiyasının prezidenti Valid Sadi komandanın Afrika Millətlər Kubokunda uğursuz çıxışına görə baş məşqçi Camel Belmadinin vəzifəsindən azad edildiyini açıqlamışdı. Əlcəzair Anqola, Burkina Faso və Mavritaniyanın yer aldığı D qrupunda sonuncu yeri tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru