İngiltərə kuboku: “Mançester Siti” “Tottenhem”i bir qolla keçdi, “Çelsi” təkrar oyun gözləyir - VİDEO

27-01-2024, 17:04           
İngiltərə kuboku: “Mançester Siti” “Tottenhem”i bir qolla keçdi, “Çelsi” təkrar oyun gözləyir - VİDEO
İngiltərə kubokunun 1/16 final mərhələsinin “Tottenhem” – “Mançester Siti” matçı başa çatıb.

Komandalar Londonda “Tottenhem Hotspur” stadionunda qarşılaşıblar.

Matç “Mançester Siti”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Qələbə qolunu 88-ci dəqiqədə künc zərbəsindən sonra fərqlənən qonaqların müdafiəçisi Natan Ake vurub.
“Mançester Siti” bu qələbə ilə növbəti mərhələyə adlayıb. “Çelsi” isə “Aston Villa”ya öz meydanında qalib gələ bilməyib. Matçda qol vurulmayıb - 0:0. Turnirin qaydalarına görə, komandalar yenidən oynamalı olacaqlar. Oyunun tarixi hələlik məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru