“Sırğa taxır” iradına cavab verdi: Kazak ailəmin təsdiqidir

27-01-2024, 17:44           
“Sırğa taxır” iradına cavab verdi: Kazak ailəmin təsdiqidir
Ukraynalı boksçu Aleksandr Usik sırğa taxdığı üçün onu ələ salan britaniyalı Tayson Fyuriyə cavab verib.

Publika.az xatırladır ki,daha əvvəl Fyuri “The Gloves Are Off” jurnalına verdiyi müsahibədə istehza ilə demişdi: “Sırğa taxan heç kim məni döyə bilməz”.

“Sırğanı niyə taxdığımı izah edə bilərəm. Bu, Ukrayna döyüşçüsü kazakın simvoludur. Onlar uzun illər ölkəmi düşmənlərdən qoruyan insanlardır. Beləliklə, bu, mənim kazak ailəmin təsdiqidir. Kazaklar isə heç bir döyüşdə məğlub olmadılar. Burada nə gözəllik var, nə dəb”, – deyə Usık cavab verib.

Aleksandr Usik və Tayson Fyuri fevralın 17-də Səudiyyə Ərəbistanında ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru