Yurgen Klopp “Liverpul“dan ayrılır - Rəsmi açıqlama

28-01-2024, 08:54           
Yurgen Klopp “Liverpul“dan ayrılır - Rəsmi açıqlama
Yurgen Klopp "Liverpul"dan ayrılmaq barədə qərar verib.

Bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib.

Almaniyalı mütəxəssis bu mövsümün sonunda klubdan ayrılacağını elan edib. O, bununla bağlı açıqlama da yayıb.

Açıqlamada bildirilib: “Mən başa düşürəm ki, bu xəbəri ilk dəfə eşidəndə çoxunuz şoka düşəcəksiniz. Amma açıq-aydın bunu izah edə bilərəm. Mən bu klubla bağlı hər şeyi sevirəm - şəhəri, azarkeşləri, komandanı, onun personalını... Amma hər halda bu qərarı verməyim o deməkdir ki, mən əminəm ki, bu, mənim verməli olduğum qərardır.

İş ondadır ki, necə deyim, enerjim tükənir. İndi heç bir problemim yoxdur. Əlbəttə, nə vaxtsa bunu elan etməli olacağımı çoxdan bilirdim. İndi tamamilə yaxşıyam. Bilirəm ki, bu işi təkrar-təkrar görə bilmərəm".

Xatırladaq ki, Klopp 2015-ci ilin oktyabrından "Liverpul"a başçılıq edir. Onun rəhbərliyi altında "qırmızı"lar Çempionlar Liqası, İngiltərə çempionatı, İngiltərə kuboku və Liqa kuboku, UEFA superkuboku və klublararası dünya çempionatında qalib olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru