"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibləri müəyyənləşib

5-08-2016, 20:53           
"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibləri müəyyənləşib
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında keçirilən mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ"nin rəqibləri müəyyənləşib.

"Qarabağ" Avroliqanın qrup mərhələsinə yüksəlmək üçün İsveçin "Göteborq", "Qəbələ" isə Sloveniyanın "Maribor" klubunu mübarizədən kənarlaşdırmalıdır.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin oyunları 18 - 25 avqustda keçiriləcək.
***
11:28. "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsi üçün potensial rəqiblərinin sayı 6-ya enib
Futbol üzrə Avropa Liqasının "pley-off" mərhələsinin püşkü üçün "Qarabağ" və "Qəbələ" klublarının potensial rəqiblərinin sayı 6-ya enib. "Report"un məlumatına görə, səpələnmişlər səbətində yer alan "Qarabağ" 4-cü qrupa düşüb.
Ağdam komandası "Şkendiya" (Makedoniya), "Başakşehir" (Türkiyə), "Göteborq" (İsveç), "Srvena Zvezda" (Serbiya), "Sanderjuske" (Danimarka) və ya "Hayduk" (Split, Xorvatiya) ilə üz-üzə gələ bilər. Potensial rəqiblərdən "Şkendiya" Avroliqanın II təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdırıb - 1:1, 1:0.
Səpələnməmişlər səbətindəki "Qəbələ" isə 3-cü qrupda yer alıb. Bu komandaya "Anderlext" (Belçika), "Vest Hem" (İngiltərə), "Krasnodar" (Rusiya), "Maribor" (Sloveniya), "Fənərbağça" (Türkiyə) və ya "Panatinaikos" (Yunanıstan) klublarından biri rəqib olacaq. "Panatinaikos"la "Krasnodar" ötən mövsüm Avroliqada "Qəbələ"nin müvafiq olaraq, "pley-off" və qrup mərhələsində rəqibləri olub. "Qırmızı-qaralar" məhz "pley-off"da Yunanıstan klubunu evdə 0:0, səfərdə 2:2 hesablı heç-heçələr nəticəsində üstələyib. "Anderlext" isə "Qarabağ"la eyni qrupda çıxış edib.
Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru