Cüdoçumuz yarımfinalda məğlub oldu - Yeniləndi
7-08-2016, 02:14
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Report-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən O.Səfərov 1/16 finalda perulu Xuan Postiqosu xal hesabı ilə yenib.
Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.
Qeyd edək ki, Orxan Səfərov 1/8 finalda qırğızıstanlı Otar Bestayevlə qarşılaşacaq.
***
19:20
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında növbəti qələbəsini qazanıb.
Axar.az xəbər verir ki, cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayevi məğlub edib.
O. Səfərov 1/8 finalda Felipe Kitadai (Braziliya) – Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.
***
21:01
Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının 1/16 finalında Xuan Postiqosu (Peru) sınağa çəkib. Vazaari və yuko fəndləri ilə qalib gələn təmsilçimiz 1/8 finalda Otar Bestayev (Qırğızıstan) ilə qarşılaşıb. Görüşün gedişində geri düşən idmançımız ipponla qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
Axar.az xəbər verir ki, bu mərhələdə həmyerlimiz braziliyalı cüdoçu Felipe Kitadai ilə görüşüb. Bu rəqibini də ipponla məğlub edən Orxan yarımfinala yüksəlib.
Cüdoçumuz bu mərhələdə qazax idmançı Yeldos Smetovla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.
***
Cüdoçumuz Orxan Səfərov yarımfinalda məğlub olub.
Musavat.com xəbər verir ki, cüdoçumuz qazaxıstanlı rəqibi Yeldoş Smetova son saniyələrdə məğlub olub. 60 kiloqramda mübarizə aparan O.Səfərov finala yüksəlmək şansını itirib.
O, bürünc medal uğrunda mübarizə aparacaq.