Fransalı gimnast Rio-2016-da ayağını qırıb

7-08-2016, 10:18           
Fransalı gimnast Rio-2016-da ayağını qırıb
Fransalı gimnast Samir Ait Səid 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının təsnifat yarışları zamanı dayaq sıçrayışından sonra yerə uğursuz eniş edib və ayağını qırıb.

"Report" xəbər verir ki, Samir Ait Səidə ayağının böyük və kiçik baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

O, halqa ilə hərəkətlərdə 2013-ci ilin Avropa çempionu, həmçinin Avropa çempionatının beşqat mükafatçısıdır.

Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru