Rus idmançılar Rio-2016-dan uzaqlaşdırıldı, Moskvadan təhqir gəldi

8-08-2016, 00:59           
Rus idmançılar Rio-2016-dan uzaqlaşdırıldı, Moskvadan təhqir gəldi
Rusiyalı paralimpiyaçılar Rio-2016 olimpiadasından uzaqlaşdırılıblar. Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven məlumat verib.
“Biz Rusiya tərəfini dinlədik, amma onlar heç nəyə sübut gətirə bilmədilər. Biz müvəqqəti olaraq Rusiyanı Paralimpiya Komitəsinin üzvlüyündən xaric etdik və Rusiya yığmasını bu oyunlardan kənarlaşdırdıq”, – Krevyen mətbuat konfransında deyib.
“Beynəlxalq Paralimpiya Komitəsinin Rusiya yığmasını Paralimpiya-2016-dan xaric etməsi alçaq addımdır” – bunu Rusiya İctimai Palatasnın katibi Aleksandr Breçalov deyib. “Bu, çox alçaq addımdır. “Absurd qərarlar teatrı”nın rus idmanına qarşı aktı davam edir”, – Breçalov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru