Dünyanın ən yaxşı baş məşqçiləri: Qurbanov neçəncidir?

17-04-2024, 10:34           
Dünyanın ən yaxşı baş məşqçiləri:
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb.

TEREF İdman.biz-ə istinadən xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

"Qarabağ"ın baş məşqçisi dünya reytinqində 138-ci yerə yüksəlib. 1670 xala malik 52 yaşlı mütəxəssis tanınmış məşqçi Roberto de Dzerbini keçib. “Brayton”un italiyalı çalışdırıcısı 138-ci pillədən 143-cü yerə düşüb.

"Neftçi"nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla siyahıda 195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2228 xala malik "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru