Çempionlar Liqası: İki oyunda 11 qol vuruldu, ilk yarımfinalçılar müəyyənləşdilər - VİDEO

17-04-2024, 10:18           
Çempionlar Liqası: İki oyunda 11 qol vuruldu, ilk yarımfinalçılar müəyyənləşdilər - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçirilib.

Oxu.Az-ın məlumatına görə, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxıb.

Adıçəkilən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ (2:3) və Almaniyanın “Borussiya” (Dortmund) (2:1) klubları üzərində minimalhesablı qələbə qazanıblar. Lakin cavab görüşləri qaliblərin uğursuzluğu ilə nəticələnib.

“Barsa” doğma meydanda hesabı açsa da, matçın 29-cu dəqiqəsindən etibarən azlıqda qalıb. Say üstünlüyündən yararlanan PSJ dörd qol vuraraq cütün taleyini həll edib - 1:4 (4:6).
“Atletiko” isə səfərdə iki top fərqi ilə məğlub olaraq turnirlə vidalaşıb. İspanlar almanların 4 qolundan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 4:2 (5:4). Qeyd edək ki, PSJ və “Borussiya yarımfinalda rəqib olublar. Mərhələnin digər iki oyunu aprelin 17-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru