Mbappe Çempionlar Liqası tarixinin ən yaxşı 10 bombardiri sırasına daxil oldu

17-04-2024, 18:18           
Mbappe Çempionlar Liqası tarixinin ən yaxşı 10 bombardiri sırasına daxil oldu
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” ilə cavab oyununda (4:1) dubla imza atıb...

Hazırda fransalının aktivində əsas avrokuboklar üzrə 48 qolu var. O bu göstəricidə Zlatan İbrahimoviç və Andrey Şevçenkoya çatıb.

25 yaşlı Mbappe Çempionlar Liqası tarixinin ən yaxşı 10 bombardiri arasına daxil olub. O, İbrahimoviç və Şevçenko ilə birlikdə 9-cu pillədə qərarlaşıb.
İlk pillədə isə 140 qolla portuqaliyalı Kriştianu Ronaldudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru