ÇL: “Mançester Siti” - “Real Madrid” cütünün taleyini “lotereya” həll etdi - VİDEO

18-04-2024, 10:28           
ÇL: “Mançester Siti” - “Real Madrid” cütünün taleyini “lotereya” həll etdi - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri İngiltərədə baş tutub.

“Etihad” stadionunda “Mançetser Siti” İspaniya nəhəngi “Real Madrid”lə üz-üzə gəlib.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun 3:3 hesabı ilə yekunlaşıb. Cavab matçında da tərəflər hərəyə bir qol vurduğundan (1:1, ümumi hesab 4:4) əlavə vaxta ehtiyac yaranıb.
Lakin bu da nəticə vermədikdə, qalibi “lotereya” müəyyən edib. Penaltilərdə daha dəqiq olan kral klubu (3:4) yarımfinala vəsiqə qazanıb. Xatırladaq ki, gecənin digər oyununda “Bavariya” “Arsenal”ı minimal hesabla məğlub edərək (ilk oyun 2:2) yarımfinala adını yazdırıb. Qeyd edək ki, “Bavariya” və “Real Madrid” yarımfinalda rəqib olublar. Digər yarımfinalda isə PSJ və “Borussiya” qarşılaşacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru