Arda Güler ​​üçün rəsmi təklif gəldi: “Sevilya”nın heyətində oynayacaq?

19-04-2024, 10:19           
Arda Güler ​​üçün rəsmi təklif gəldi:
İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.

“Real Madrid”in “Mançester Siti”ni penaltilərlə mübarizədən kənarlaşdırdığı Çempionlar Liqası matçında ehtiyat oyunçular skamyasını tərk etməyən və İspaniya nəhəngindəki karyerası sual altında olan Arda ​​üçün “Sevilya” ilk rəsmi görüşünü keçirib.

Cari mövsümdə göstərdiyi performansla azarkeşlərini məyus edən “Sevilya” növbəti mövsüm heyətini yenidən qurmağa hazırlaşır və bir müddət Arda Gülerlə maraqlanırdı.

İspan mətbuatında dərc olunan xəbərlərə görə, “Sevilya”nın idman direktoru Viktor Orta türkiyəli oyunçunun icarəsi ilə məşğul olan və meneceri işləyən atası ilə ilk rəsmi əlaqəni qurub.

“Real Madrid” gələn mövsümün əvvəlində Arda ilə bağlı qərarını dəyişərsə və icarə variantına yaşıl işıq yandırarsa, “Sevilya” 19 yaşlı futbolçu üçün qapılarını açacaq.
Hərçənd, futbolçunun özü məsələ ilə bağlı heç də müsbət fikirdə deyil. Belə ki, türkiyəli yarımmüdafiəçi icarə əsasında digər kluba keçərsə, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək komandada çıxış etməyi üstün tutur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru