Avroliqa: “Milan” və “Liverpul”dan vida, “Bayer” tarix yazdı - VİDEO

19-04-2024, 09:47           
Avroliqa: “Milan” və “Liverpul”dan vida, “Bayer” tarix yazdı - VİDEO
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Evdə minimal hesabla (0:1) “Roma”ya uduzan “Milan” səfərdə də məğlub olaraq turnirlə vidalaşıb - 2:1 (3:1).
44 ardıcıl oyunda uduzmayan Leverkuzen “Bayer”i 21-ci əsrdə ən uzun məğlubiyyətsizlik seriyasının müəllifi kimi adını futbol tarixinə yazdırıb. Evdə “Vest Hem”i 2:0 yenən Xabi Alonsonun yetirmələri səfərdə 1:1 hesablı heç-heçə ilə mərhələ adlayıblar (1:3). “Liverpul”u “Enfild”də böyük hesabla (0:3) yenərək sensasiyaya imza atan “Atalanta” doğma azarkeşləri önündə uduzsa da, yarımfinalda oynamaq hüququ qazanıb - 0:1 (3:1).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru