Konfrans Liqası: “Fənərbağça”nın “lotereya”da bəxti gətirmədi - VİDEO

19-04-2024, 11:37           
Konfrans Liqası: “Fənərbağça”nın “lotereya”da bəxti gətirmədi - VİDEO
UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

“Fənərbağça” İstanbulda “Olimpiakos”u qəbul edib. İlk görüşdə 3:2 hesabı ilə uduzan “sarı-lacivərdlər” cavab matçının əsas vaxtında minimal hesabla qalib gəliblər - 1:0 (3:3).


Əlavə vaxtda hesab dəyişmədiyindən penaltilər seriyası qaçılmaz olub. Burada isə yunanlar daha sərrast olmaqla yarımfinala adlayıblar - 2:3.

Digər qarşılaşmada “Brügge” səfərdə PAOK-u yenərək yoluna davam edib - 0:2 (0:3).
Xatırladaq ki, daha əvvəl “Fiorentina” və “Aston Villa” da yarımfinala vəsiqə qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru