Lopezin dublu “Barselona”ya üç xal qazandırdı - VİDEO

17-05-2024, 13:14           
Lopezin dublu “Barselona”ya üç xal qazandırdı - VİDEO
İspaniya La Liqasında 36-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, mövsümün ikincisi olmağı hədəfləyən “Barselona” sonuncu pillədəki “Almeria”nın qonağı olub.

Katalon klubu Fermin Lopezin 14 və 67-ci dəqiqələrdə vurduğu qolların hesabına səfərdən üç xalla qayıdıb.
Bununla da, Xavinin yetirmələri xallarının sayını 79-a çatdırıblar. “Barsa”nı ən yaxın izləyicisi “Jirona”dan dörd xal ayırır. “Almeria” isə 17 xalla 20-cı sıradadır və cəmi iki oyun sonra La Liqa ilə vidalaşacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.