Nigar Mirzəliyeva: "Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam"

Bu gün, 18:58           
Nigar Mirzəliyeva: "Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam"
Futbolçu çempionluqla bağlı klub rəhbərliyinin mükafat verəcəyinə şübhə etmədiyini deyib.
"Zenit"də ikinci ilimdir və artıq iki çempionluğum var. Çox gözəl hissdir".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Rusiyanın "Zenit" futbol komandası ilə ölkə çempionu olan qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva deyib.
O bildirib ki, azərbaycanlı qadın futbolçunun ölkə xaricində çempion olması qürurverici məqamdır:
"Bu, ölkəmizdə qadın futboluna marağı daha da artıracaq. Avropa klublarında uğur qazanaraq, azərbaycanlı gənc qızları bu idman növünə cəlb etmək istəyirik. Çempionluğa gəlincə, əzm və fədakarlıq hesabına qızıl medallara sahib çıxdıq. Düşünürəm ki, mənim də bu zəfərdə yetərincə payım var".
23 yaşlı müdafiəçi karyerasını Sankt-Peterburq klubunda davam etdirəcəyini söyləyib:
"Zenit"lə ikiillik müqaviləm var. Avropanın digər komandalarından təkliflər olsa da Rusiyada qalacağam. Çünki burada özümü çox yaxşı hiss edirəm".
Futbolçu çempionluqla bağlı klub rəhbərliyinin mükafat verəcəyinə şübhə etmədiyini deyib:
"Hələlik bu barədə nəsə deyilməyib. Yəqin ki, sevindirici bir şey olar (gülür)".

Qeyd edək ki, Nigar Mirzəliyeva 2023-cü ilin yanvarından "Zenit"də çıxış edir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.