"Bavariya"da daha heç kim 5 nömrəli idman geyimində oynamayacaq

9-12-2024, 16:38           
"Bavariya"da daha heç kim 5 nömrəli idman geyimində oynamayacaq
"Bavariya" komandanın əfsanəvi keçmiş müdafiəçisi Frans Bekkenbauerin geyindiyi 5 nömrəli idman geyimini dövriyyədən çıxardığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Münhen klubu "X" (keçmiş "Twitter") sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verib.

"Beşinci nömrə unikal miras üçün qorunub saxlanılacaq, çünki klubumuz və onun tarixi Bekkenbauersiz sadəcə ağlasığmazdır", - "Bavariya"nın prezidenti Herbert Hayner bildirib.

Qeyd edək ki, Bekkenbauer bu ilin yanvarında 78 yaşında dünyasını dəyişib. Keçmiş futbolçu 1964-1977-ci illərdə "Bavariya"nın əsas komandasında çıxış edib. Klubla birlikdə Bekkenbauer üç dəfə Avropa kubokunu, dörd dəfə Almaniya çempionluğunu qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru