Ançelotti son nöqtəni qoydu - Arda Gülər komandadan ayrılacaq?

11-12-2024, 17:24           
Ançelotti son nöqtəni qoydu -
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında "Atalanta" matçı öncəsi türkiyəli futbolçu Arda Gülərin gələcəyi ilə bağlı önəmli açıqlamalar verib.

“Cebheinfo.az” xəbər verir ki, italyan məşqçi transfer dedi-qoduları haqqında, "Endrik və Arda komandada qalacaqlar. Sadəcə bir az daha çox dəqiqəyə ehtiyacları var” deyib.

Ançelotti açıqlamasında, "Mənim heç kimə qarşı qərəzim yoxdur. İstər 18, istər 40 yaşında olsunlar, mən komandanı doğru şəkildə sahəyə çıxarmağa çalışıram. Bu bazen Arda və Endrick ilə ola bilər, bəzən də onlarsız. Gənclərə qarşı səbirli olmalıyıq”.

İtalyan məşqçi gənclərə qarşı heç bir qərəzinin olmadığını bildirib:

“Karyeram boyunca doğru olduğunu düşündüyüm 17 və 18 yaşlı oyunçuları matçlarda oynatdım”.

Həmçinin, Karlo Ançelotti Arda Gülərə yarımmüdafiə rotasiyasında daha çox şans vermək və gənc ulduzun oyun vaxtını artırmaq qərarına gəlib.

Qeyd edək ki, arda Gülər cari mövsüm İspaniya nəhəngi ilə 17 matça çıxıb. Beləki, o matçlarda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru